Elektron siqaret ağzında partladı - Dişləri töküldü...
Rusiyanın Yekaterinburq şəhərində yerləşən gimnaziyalardan birində təhsil alan şagirdin ağzında elektron siqaret partlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə təhsil şöbəsindən məlumat verilib.
Hadisənin məktəb ərazisində tədris prosesindən sonra baş verdiyi qeyd edilib. Partlayış nəticəsində yeniyetmənin dişləri tökülüb. O, dərhal xəstəxanaya yerləşdirilib.












