Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb

 18:50 15.03.2021     473

Ağdaşda orta məktəblərdən biri koronavirusa görə bağlanıb.

Redaktor.az-ın xəbərinə görə, Ağdaş şəhər Bəkir Nəbiyev adına tam orta məktəbdə 2 şagird və bir müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin təhsil müəssisində bu gündən dərs prosesinin distant təhsilə keçirilməsinə dair qərar verilib.

Dərhal məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində bu günə kimi rayon üzrə təhsil müəssisələrində 35 şagird və 9 müəllimdə COVID-19 virusu aşkar edilib. //APA 
Vumart və Güvən reklamı Vumart Güvən