Azərbaycanda yanvarda 10812 körpə doğulub
Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10 812 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Redaktor.az-a bildirilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib.
Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.












