Naxçıvan MR Televiziya və Radio Verilişləri QSC yaradılacaq

 18:48 17.03.2021     409

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu gün “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb.

Redaktor.az-ın məlumatına görə, fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılacaq.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

 Bu Fərman 2021-ci il aprelin 1-dən qüvvəyə minir. //APA 

Vumart və Güvən reklamı Vumart Güvən