Bayram günlərində istirahət mərkəzlərinin qiymətləri - SİYAHI

 13:42 18.03.2021     1342

Artıq bildiyimiz kimi, Novruz bayramı yaxınlaşır, 9 qeyri-iş günü olacaq. Bayramdan səmərəli istifadə edib istirahət etmək üçün rayonlara üz tutanlar az olmayacaq. Bəs görəsən, bölgələrdə dincəlmək istəyənlərə bu istirahət nə qədər pula başa gələcək?

Redaktor.az Azərbaycanın öndə gedən istirahət mərkəzlərinin siyahısını və qiymətlərini təqdim edir:

"Qalaaltı Hotel & Spa" istirahət mərkəzindən sorğumuza cavab olaraq 4 gün 3 gecə üçün nəzərdə tutulan qiymətin 650 AZN təşkil etdiyi bildirildi.

Qəbələ rayonunda yerləşən “Qafqaz Tufandağ Mountain Resort Hotel” 2 insan üçün nəzərdə tutulmuş 1 otaqda 4 gün, 3 gecə üçün təyin edilən qiymət 760 AZN təşkil edir. Səhər yeməyi daxil.

“Qafqaz riverside Hotel” 2 nəfər üçün 4 gün, 3 gecə 610 AZN.

“Red Villa Qəbələ” 900 AZN.

Şamaxı şəhəri  “Şamakhi Palace Sheredil” 702 AZN. Səhər yeməyi daxil.

“Şamaxı Sport Villa” 460 AZN.

“Sakit Göl” adlanan istirahət mərkəzində isə bayram günlərinə boş otaqları olmadıqlarını bildirdilər. Bayramdan sonra isə 3 gecə üçün qiymətin 750 AZN təşkil edəcəyini bildirdilər.

Quba rayonu. “Quba Palace Hotel” səhər yeməyi və nahar daxil, 2 nəfər üçün 3  gecə 900 AZN təşkil edir.

“Quba Exellent Villa” 1 ailənin istirahəti üçün nəzərdə tutulmuş villadır, qiyməti 510 AZN təşkil edir.

“Qəçrəş Villa” 650 AZN.

Qusar rayonu “Selena” istirahət mərkəzi 330 AZN. “Mountains Panoramik” 300 AZN.

“Pik Palace Shahdag” 1125 AZN, səhər yeməyi daxil.

“Park Chalet Shahdag” 500 AZN

“Zirvə Hotel” 390 AZN.

Lənkəran rayonu: "Olypic Hotel Lenkoran" otelində 2 nəfər üçün nəzərdə tutulmuş otağın qiyməti 240 AZN.

Vumart və Güvən reklamı Vumart Güvən