NRYTN “WhatsApp”da yaranan problemə aydınlıq gətirib

 23:20 19.03.2021     396

Bu gün saat 21:00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb. 

Redaktor.az xəbər verir ki, yaranan problem lokal deyil, qlobal xarakter daşıyır. 

Dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Saat 22:00 radələrindən etibarən problem aradan qalxıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Azərbaycanda və dünyanın bir çox ölkələrində "Whatsapp"la yanaşı, "İnstagram" və "Telegram" sosial şəbəkələrinin istifadəsində də problem yaranmışdı. //APA

Vumart və Güvən reklamı Vumart Güvən