Moskvada xeyriyyə aksiyası keçirilib - FOTO

 12:10 21.03.2021     130

Moskvada “Hər evdə bayramın dadı” xeyriyyə aksiyası keçirilib.

Redaktor.az-ın məlumatına görə, Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən aksiya Novruz bayramına həsr olunub.

Aksiya çərçivəsində Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və könüllüləri veteranları, çox uşaqlı ailələri, eləcə də aztəminatlı ailələri bayram münasibəti ilə təbrik ediblər. Onlara Azərbaycanın milli şirniyyatları və Novruz bayramının bütün milli atributlarından ibarət bayram hədiyyəsi bağlaması təqdim olunub.

Xeyriyyə aksiyası 20-21 mart tarixlərində keçirilib. //APA

2222