Bu il 100 mindən çox müxtəlif cinsli ağac əkilib - Azərbaycan

 13:11 21.03.2021     397

Azərbaycanda davamlı olaraq hər il genişmiqyaslı meşəbərpa və ağacəkmə tədbirləri həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, təkcə 20 mart 2021-ci il tarixində Quba, Qusar, Şəki rayonlarında 4 hektar ərazidə 4000-ə yaxın meşəcinsli ağac əkilib, palıd toxumu səpilib.

Ümumiyyətlə, bu il yaz ağacəkmə mövsümündə Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bugünədək 30 rayonun 100 hektar meşə fondu torpağında 100 mindən çox müxtəlif cinsli ağac əkilib, 2200 kiloqram palıd toxumu səpilib.

Vumart və Güvən reklamı Vumart Güvən