QORXULAN OLDU! Koronavirusun üçüncü dalğası başlayıb - RƏSMİ AÇIQLAMA

 11:19 28.03.2021     696

Avropa komisiyyasının prezidenti Ursula von der Leyen köhnə qitədə koronavirus pandemiyasının üçüncü dalğasının başladığını və vəziyyətin son dərəcədə kritik olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, o, bu səbəbdən vaksinasiya prosesinin sürrətlə davam edildiyini və indiyə qədər 62 milyon doza vaksinin tətbiq edildiyini bildirib. 

Ursula von der Leyen təxminən 18,2 milyon insanın tam peyvənd olunduğunu deyib. O, vaksin istehsal edən şirkətlərin müqavilə öhtəliklərinin düzgün şəkildə yerinə yetirəcəyi halda bu rəqəmin daha yüksək ola biləcəyini bildirib.

Aysel Hacıyeva / Redaktor.az