Gəncədə qeyri-qanuni sərnişindaşıma biznesi - VİDEO

 19:29 27.03.2021     88

Gəncədə avtovağzalın bir qədər kənarından ölkənin istənilən yerinə qanunsuz sərnişin daşınır. Koronavirusla mübarizə istiqamətində heç bir tədbirə riayət olunmur, kiçik tutumlu avtomaşınlarla da sərnişin daşınır.

Redaktor.az-ın məlumatına görə, Gəncə Beynəlxalq Avtovağzalında iritutumlu avtobuslar bir ildən çoxdur fəaliyyət göstərmir. Hər halda vəziyyət kifayət qədər paradoksaldır.

Bir tərəfdən işləməyən avtobuslar, digər tərəfdən heç bir təhlükəsizlik tədbirlərinə əməl edilmədən daşınan sərnişinlər.

Maraqlıdır ki, sözügedən vəziyyətə isə nəzarət edən qurum tapılmır.Qeyri-qanuni sərnişin daşımasını həyata keçirənlər şərtləri də özləri müəyyən edir.

Ətraflı BAKU TV-nin süjetini təqdim edirik: