COVID-19-dan qorunmaq üçün BUNLARA DİQQƏT! - HƏKİM MƏSLƏHƏTİ

Koronavirus pandemiyasına qarşı mübarizənin davam etdiyi zamanda virus mutasiyaya uğradı və yoluxma sayının artmasına gətirib çıxartdı. Həmçinin, eyvənd olunanlar arasında belə xəstəliyi ağır keçirənlər var. Vəziyyətin daha kritik hal almaması üçün insanlardan tələb olunan karantin qaydalarına daha ciddi əməl etmələridir.
Redaktor.az xəbər verir ki, Britaniya ştammı yeni növ koronavirusdan bir neçə xüsusiyyəti ilə fərqlənir. Mutasiyaya uğrayan bu virus daha yoluxucudur və sürrətli yayılma dinamikası var. Ağ ciyərləri daha çox zədələyir, ağırlaşma və ölüm hallarının da çoxalma ehtimalı var.
Son günlərdə yoluxmanın sayında artımın səbəbi də bayram günlərində insanların kütləvi şəkildə bir yerə toplanmaları ilə əlaqəlidir. Məsələn, vaksin vurduran şəxslər elə bilirlər ki, bir daha yoluxmayacaqlar. Amma onlar arasında da yeni ştamma yoluxan, hətta ağır keçirənlər var.
İnfeksion xəstəliklər üzrə həkim-mütəxəssis Nigar Əliyeva bununla bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, vaksin vurduran şəxslər də diqqətli olmalıdır:
“Əhali üzrə 40 yaşdan yuxarı insanlar da vaksinasiya olunur. Lakin bu o demək deyil ki, bu gün vaksin vuruldu və mən bundan sonra koronavirusa yoluxmayacam. İkinci cəhət isə budur ki, koronavirus üzrə vaksinlərin yüz faiz qoruyucu olduğu nə elmi, nə də tibbi cəhətdən sübut olunmayıb. Sağlamlığınızı qorumaq üçün pandemiya dövründə qaydalara ciddi riayət edin, bacardığınız qədər insanlar ilə daha az təmasa girin. Mağaza və ya başqa qapalı məkanlarda olarkən aranızda ən az 1,5 metr məsafə saxlamağınız məsləhətdir”.
Aysel Hacıyeva / Redaktor.az