Bakıda liftli yerüstü piyada keçidi tikilib - VİDEO

 11:25 01.04.2021     1227

Bakıda Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi inşa edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Redaktor.az-a verilən məlumata görə, sözügedən ərazidə, avtobus dayanacağı, bundan başqa yolun hər iki tərəfində yaşayış massivi və orta məktəb mövcuddur. Bu səbəbdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edir.

Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir və fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün burada 2 lift quraşdırılıb.