"YAŞAT" 3 qazinin əməliyyat xərcini qarşılayıb

 21:30 01.04.2021     240

"YAŞAT” Fondu Vətən müharibəsində ağır yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir. 

Fonddan Redaktor.az-a verilən məlumata görə, qazilərimiz İlqar Avazovun, Murad Muradovun və Xəyal Əhmədovun əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau 

Həmçinin, Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.