Fevralda uşaqlara ən çox qoyulan ADLAR

 10:56 05.04.2021     154

Bu ilin fevral ayında körpələrə ən çox qoyulan adlar açıqlanıb.

Ədliyyə Nazirliyindən Redaktor.az-a bildirilib ki, doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə Əli, Hüseyn, Yusif, Orxan və Elvin, qadın cinsindən olanlara isə Günel, Zəhra, Günay, Aysel və Sevinc kimi adların verilməsi üstünlük təşkil edib.

Eyni zamanda bildiririk ki, Azərbaycan adlarının mənşəyi, onların izahlı şərhi, habelə statistik göstəricilər barədə məlumatlar “Elektron Hökümət” portalı (www.e-gov.az) və Ədliyyə Nazirliyinin internet səhifəsinin “Dövlət xidmətləri” bölməsindən “Azərbaycan adları barədə məlumatın verilməsi” elektron xidmət vasitəsi ilə əldə oluna bilər.