Ötən ay uşaqlara ən çox qoyulan ADLAR

 15:59 12.04.2021     491

2021-ci ilin mart ayında doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə Əli, Yusif, Hüseyn, Elvin və Vüsal, qadın cinsindən olanlara isə Günel, Aysel, Zəhra, Günay və Zeynəb kimi adların verilməsi üstünlük təşkil edib.

Bu barədə Ədliyyə Nazirliyindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Azərbaycan adlarının mənşəyi, onların izahlı şərhi, habelə statistik göstəricilər barədə məlumatlar “Elektron Hökümət” portalı (www.e-gov.az) və Ədliyyə Nazirliyinin internet səhifəsinin “Dövlət xidmətləri” bölməsindən “Azərbaycan adları barədə məlumatın verilməsi” elektron xidmət vasitəsi ilə əldə oluna bilər.

Vumart və Güvən reklamı Vumart Güvən