Nazirlik bu ailələrə pulsuz ərzaq verəcək? - RƏSMİ AÇIQLAMA

 11:41 13.04.2021     2288

Hər il müxtəlif bayramlarda aztəminatlı ailələrə, əsasən də ünvanlı sosial yardım alanlara sovqatlar paylanılır.

Bəs bu ənənə bu il də müqəddəs Ramazan bayramında davam edəcəkmi?

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Redaktor.az-a açıqlamasında bildirib ki, bu tipli yardımları Nazirliyin sosial tərəfdaşları edir:

"Nazirlik ərzaq yardımı etmir, sosial tərəfdaşlar edir. Onların bizimlə əməkdaşlığı sayəsində proses baş tutur. Biz ehtiyacı olan vətəndaşları müəyyən edirik, siyahını sosial tərəfdaşa təqdim edirik. Həmçinin, ərzaq payının ünvana çatdırılmasında öz dəstəyimizi göstəririk".

Fazil Talıblı əlavə edib ki, Ramazan bayramında sovqat yardımının olub-olmayacağı barədə hələ ki, dəqiq məlumat yoxdur. 

Aysel Hacıyeva / Redaktor.az