Nazirlik həvəskar balıq ovunun vaxtlarını açıqlayıb
“Xəzər dənizində sənaye balıq ovu mayın 1-dən sentyabrın 1-dək qadağandır”.
Redaktor.az-ın məlumatına görə, bunu “Ekspert saatı”nda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.
Onun sözlərinə görə, digər vaxtlarda isə balıq ovu üçün bileti olaq şəxslər bunu həyata keçirə bilərlər:
“Su anbarlarında aprelin 1-dən sentyabrın 1-dək, eyni zamanda Kür çayında sənaye balıq ovuna qadağalar mövcuddur. Kollektorlarda isə Baş Şirvan kollektoru istisna olmaqla icazə verilir”.
O, həvəskar balıq ovunun vaxtlarını da açıqlayıb:
“Xəzər dənizində may-iyun aylarında, eyni zamanda Xəzərə tökülən bütün çaylarda da bu vaxtlarda həvəskar balıq ovu həyata keçirmək qadağandır. Digər kollektorlarda isə ilboyu həvəskar balıq ovuna icazə verilir”.












