“Vətəndaşlarımızı prosesdə fəal iştirak etməyə səsləyirəm” - İntiqam Babayev

 22:41 14.04.2021     471

“Vaksinləşmə prosesi nə qədər sürətlə getsə, bir o qədər də yoluxma sayı azalar”. 

Redaktor.az bildirir ki, bu sözləri koronavirusa qarşı peyvənd olunan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib.

O bildirib ki, hal-hazırda bir çox ölkələr vaksin təchizatında problemlərlə üzləşir.

“Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində tələb olunan sayda vaksin dozalarının ölkəmizə gətirilməsi təmin olunur. Mən bu gün ikinci doza vaksini də vurdurdum.

Vətəndaşlarımızı vaksinləşmə prosesində fəal iştirak etməyə dəvət edirəm”, - deyə nazir müavini qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən