Aprel ayının pensiyaları tam ödənilib

 10:03 15.04.2021     513

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Fonddan Redaktor.az-a verilən məlumata görə, aprelin 8-dən başlayaraq  əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

2