ƏƏSMN 150 mindən çox elektron arayış verib

 11:25 15.04.2021     77

Yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 150,7 elektron arayış verilib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, sosial sahə üzrə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik üzrə son iki ildə 30-dək e-arayış xidməti yaradılıb.

Beləliklə, vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, əlillik, sosial təminat növləri, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə edə bilmək imkanı yaradılıb.