Hansı maskalar daha yaxşı qoruyur? - EKSPERT İZAH EDİR...

 11:08 16.04.2021     1149

"Tibbdə qəbul olunmuş maskalar var. Biz buna tibbi maskalar deyirik. Bu maskalar bizim sərbəst nəfəs almamız və viruslardan qorunmağımız üçün hesabılanıb. Ən yaxşı qoruyucu vasitə tibbi maskadır".

Redaktor.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

"Bu maskadan istifadə ediriksə, həm rahat nəfəs ala bilirik, həm də qorunuruq. Başqa maskalar haqqında isə bunları deyə bilmərəm, ola bilər ki, onlar virusdan qoruya bilərlər, amma nəfəs almaqda çətinlik yaradır və ya nəfəs almaq yaxşıdır, qoruyuculuğu zəyif" - deyə Akif Qurbanov fikirlərini bölüşüb.

Aysel Hacıyeva / Redaktor.az