İnsanları təhlükəyə atan piyada keçidi - VİDEO

Bakının 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçəsinin kəsişməsindəki piyada keçidi insanlar arasında çaşqınlıq yaradır. Çünki onların bu keçidi keçdikdən sonra davam edəcəkləri bir səki yoxdur, maşınların gəldiyi yoldan istifadə edirlər.
Redaktor.az xəbər verir ki, məsələylə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, bu barədə artıq məlumatı var və məsələ araşdırılır.
Daha ətraflı videodan izləyin:
Aysel Hacıyeva / Redaktor.az