Bakıda bu qədər insan nəyi gözləyir? - SAAT 09:15 VƏ... / VİDEO

 12:14 20.04.2021     1889

Bakının əksər küçələrində  istər avtobus dayanacaqlarında, istərsə də sərnişin daşıyan avtobuslarda sıxlıq müşahidə edilir, sosial məsafə gözlənilmir. 

Pandemiya dövründə bu kimi problemlərin yaşanması nə dərəcədə doğrudur? Avtobuslar nəyə görə vaxtında dayanacaqlarda olmurlar?

Redaktor.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev sərnişinlərin narahatçılığının onlar tərəfindən anlaşılan olduğunu bildirib. Bu səbəbdən də xəttə çıxan sərnişin avtobuslarının sayı artırılıb:

“BNA-nın tapşırığına ilə daşıyıcılar tərəfindən xətlərə, xüsusən metro stansiyalarını əlaqələndirən ekspress xətlərə maksimal sayda avtobus çıxarılır. Pik saatlarda dayanacaqlarda və avtobuslarda sərnişin sıxlığının olmasını avtobus sayının azlığı ilə əlaqələndirmək doğru deyil. Bu gün gündəlik olaraq xətlərə 15-20 % artıq avtobus çıxarılır. Burada əsas səbəb avtobusların pik saatlarda tıxacda qalması, buna görə intervalların yubanmasıdır. Bunun qarşısının alınması üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq tədbirlər görülür”.

Mais Ağayev paytaxtın bəzi küçələrində avtobus zolaqlarının da məhz bu səbəbdən təşkil olunduğunu bildirib:

“Bu günə qədər 10 küçə və prospektdə belə zolaqlar təşkil edilib. Amma bu yetərli deyilçünki zolaqların küçələr boyunca davamlılığı yoxdur. Buna nail olunması üçün ciddi tədbirlər aparılır”.

Aysel Hacıyeva / Redaktor.az