Hərbi Qənimətlər Parkına gedənlərə XƏBƏRDARLIQ - VİDEO

 10:58 21.04.2021     713

Bu günlərdə istifadəyə verilən Hərbi Qənimətlər Parkına gələn bəzi şəxslər sanki buranın bir muzey olduğundan xəbərdar deyillər. Onların içərisində elələri var ki, parkda sərgilənən erməni hərbçilərinin maketlərinə toxunaraq sanki onu yararsız vəziyyətə salmaq istəyirlər. Halbuki park ərazisində sərgilənən bu eksponlatlara ziyarətçilərin toxunmaması ilə bağlı xəbərdaredici lövhələr vurulub.

Redaktor.az-ın məlumatına görə, ''Regional İnkişaf'' İctimai Birliyinin layihə kordinatoru Zəhra Hacıyeva deyib ki, park əməkdaşları bura ziyarətə gələn vətəndaşlara sosial məsafə saxlamaq, tibbi maskadan istifadə etməklə bağlı məlumat verirlər. Ancaq bəzi şəxslər bu qaydalara nədənsə əməl etmirlər.

Parkda sərgilənən erməni hərbçilərinin maketlərinə və digər hərbi texnikalara toxunmamaqla bağlı da vətəndaşlara məlumat verilir.

Bir neçə gün əvvəl erməni hərbçisinin maketinə qarşı xoşagəlməz hərəkətlər edən şəxslə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və həmin şəxsin bu əməlinə hüquqi qiymət veriləcək.