SON DƏQİQƏ: Zaurun verilişindəki qadına CİNAYƏT İŞİ AÇILDI

 13:55 21.04.2021     906

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının qərarı ilə aparıcı Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişi 1 günlük bağlanıb və ATV cərimələnib.

İddia olunur ki, buna səbəb Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın çıxışı olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Redaktor.az-a bunları deyib:

“Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir. İstintaq yekunlaşdıqdan sonra iş materialları məhkəməyə göndəriləcək”.

Aysel Hacıyeva / Redaktor.az