Zaur Baxşəliyev həbs olunacaq, yoxsa...? - CİNAYƏT İŞİ

 11:16 22.04.2021     1213

Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizova Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən (Qəsdən sağlamlığa yüngül zərər vurma. Sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma) 300 yüz manata qədər cərimə, 1  il islah işləri və ya 1 il  azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Bu barədə Redaktor.az-a tanınmış vəkil Roman Qaraşov bildirib. O qeyd edib ki, A.Əzizova öz istəyi ilə televiziya proqramına qatılıb, törətdiyi əməli etiraf edib. Bu baxımdan ATV telekanalını və "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyevi heç bir cəza gözləmir:

“Belə məlumatların yayımlanmasına görə mətbuat nümayəndəsinin heç bir təxsiri yoxdur. Yayımlana bilər, bu səbəbdən nə verilişin aparıcısı, nə də məsul şəxslər cəzalandırıla bilməz"

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı bildirib ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

Aysel Hacıyeva / Redaktor.az