Vətən müharibəsi iştirakçısı işlə təmin olunub

 18:58 23.04.2021     135

Zərdab rayon H.Aslanov adına 3 saylı tam orta məktəbində vakant olan kiçik texniki xidmətçi vəzifəsinə Həkimxanlı Aqşin Elçin oğlu təyin olunub.

Redaktor.az bildirir ki, bu barədə Zərdab Rayon Təhsil Şöbəsi məlumat yayıb.

Bildirilib ki, onun işlə təmin olunması barədə müraciətinə baxılaraq müsbət cavablandırılıb və əmək müqaviləsi bağlanılıb.

Həkimxanlı Aqşin Elçin oğlu Vətən müharibəsinin başlandığı ilk günlərdən ordu sıralarına cəlb edilib, Ağdam və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. //Oxu.az