Marşrut xəttində ödəniş problemi - VİDEO

 23:41 23.04.2021     106

Xırdalana gedən 119 nömrəli marşrut xətti də bu gündən etibarən “BakıKart” sisteminə keçdi.

Redaktor.az xəbər verir ki, Xırdalan yolunda ödəniş terminallarının sayı barmaqla sayılacaq qədər azdır. Bəs o zaman insanlar bakikartın balansını necə artıra bilər?

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, bu gündən etibarən qeyd olunan ərazi üzrə bir çox marketlərdə ödəmə terminalları “BakıKart” qəbul edəcək. Beləcə, Xırdalan sakinləri kart balanslarını ərazidəki marketlərə yaxınlaşaraq artıra biləcəklər. 

Ətraflı Baku TV-nin süjetində: