Daxili İşlər Nazilriyi az öncə açıqladı - HƏBS EDİLƏ BİLƏR / VİDEO

Xəbər verdiyimiz kimi, Lənkəranın Yuxarı Nüvədi kənd sakini olan qadının hamilə gəlinini döyməsi ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a bildirilib ki, hadisəni törədən qadın 1946-cı il təvəllüdlü Qurbanova Girdənazdır.
Onun gəlinini döyməsi ilə bağlı Lənkəran Şəhər Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, baş verən hadisəni çəkən şəxs belə mənzərənin tez-tez şahidi olduğunu deyib.
Aysel Hacıyeva / Redaktor.az