Jurnalistlər Azıx mağarasında olublar - FOTO

 19:07 28.04.2021     199

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Xocavənd rayonunun Azıx kəndində olublar, Azıx mağarasını ziyarət ediblər.

Redaktor.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biloloji Müxtəlifliyinin qorunması xidmətinin rəisi Firudun Əliyev jurnalistlərə açıqlamasında qeyd edib ki, Azıx mağarası Azərbaycanda ilkin yaşayış məskəni hesab olunur:

"Burada aşkar olunmuş ibtidai insanın - qadının alt çən sümüyü də bunu sübut edir. Mağarada Paliolit,  Enolit və Tunc dövrlərinə aid tarix nümunələri arxeloji qazıntılar zamanı aşkar olunub. Tədqiqatlara 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən başlanıb, 1968-ci ildə qadın alt çənə sümüyü aşkar olunub".

Onun sözlərinə görə, Xocavənd rayonu işğal olunandan sonra ermənilər tərəfindən mağarada  qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən olunan arxeoloji nümunələr xarici ölkələrə daşınıb:

"Həmin nümunələr haqda məlumat yoxdur və onlar itirilib. Burada Tunc dövründən qalan ilkin əmək alətlərinə rast gəlinib. Bundan başqa, Azıx mağarası Azərbaycanda mövcud olan 6 paleoantoloji abidədən biri hesab olunur". //APA 

2222