ŞOK VİDEO: Şəmkirdə nə baş verir? - "7 GÜN ərzində sizə..."

 11:43 29.04.2021     807

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri əmək haqlarını almadıqlarını bildiriblər.

Redaktor.az xəbər verir ki, bu gün sosial mediada xəstəxananın bir neçə işçisinin sərt şəkildə əmək haqlarını tələb etdikləri video yayılıb. 

Etirazçılar qeyd ediblər ki, xəstəxananın rəhbər şəxsləri artıq bir neçə aydır onların maaşlarını mənimsəyirlər.

Xatırladaq ki, pandemiya dövründə səhiyyə işçilərinin əmək haqlarının gecikdirilməsi və ya ödənməməsi barədə artıq bir neçə dəfə şikayət daxil olub.

Bu məsələni araşdırmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətinin rəhbəri Elnarə Baxış ilə əlaqə saxladıq. O, sualımızın rəsmi formada göndərməli olduğumuzu bildirdi. Sualımızı TƏBİB-in rəsmi elektron poçt ünvanına göndərdikdən sonra isə, xanım mətbuat katibi cavab verdi ki, sualımıza 7 iş günü ərzində cavab veriləcək.

Aysel Hacıyeva / Redaktor.az