Bakının mərkəzində sürücülərin özbaşınalığı - BNA-dan AÇIQLAMA / VİDEO

 14:55 29.04.2021     483

Bakının Əhməd Rəcəbli küçəsində sözün əsl mənasında sürcülərin özbaşınalığı yaşanır. 

Redaktor.az xəbər verir ki, küçənin iki zolaqlı avtomobil yolu olmasına baxmayaraq, iki, bəzən də üç sıra avtomobil saxlanılır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Redaktor.az-a açıqlamasında bildirib ki, görüntülərdə qeyd olunan ərazi ən problemli küçələrdən biridir. Bu küçədə BNA əməkdaşları mütəmmadi olaraq qanunsuz parklanmaya qarşı tədbir görür:

“Buna görə bizi sosial şəbəkələrdə qınayanlar olur ki, ora əsas yol deyil, niyə cərimə yazılır. Həmin küçədə olan xaos ətrafdakı mərkəzi küçələrə də təsir edir. Təəssüf ki, bizim əməkdaşlar orada olanda səliqə-səhman yerində olur, onlar ərazidən uzaqlaşan kimi sürücülər qayda pozuntusuna davam edirlər. Bu səbəbdən həmin küçədə müşahidə kameraları quraşdırılacaq.

Həmin küçədə əsasən ofislər icarəyə verilir. İnsanlar icarəyə yer götürəndə parklanma məsələsini düşünmürlər. Sahibkardan tələb etməlidirlər ki, qanuni parklanma yeri versin”.

Aysel Hacıyeva / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən