Salyanda şəhidlərin xatirə kompleksi açılıb - FOTO

Salyan rayonunun Çuxanlı kəndində şəhidlərin Xatirə Kompleksinin açılışı olub.
Redaktor.az xəbər verir ki, kompleksdə kəndin şəhidləri haqqında məlumat və foto yerləşdirilib.
Açılış mərasimində rayon rəsmiləri, yerli sakinlər - məktəblilər və şəhidlərin yaxınları iştirak edib.
Qeyd edək ki, Çuxanlı kəndi I Qarabağ və Vətən müharibəsində 7 şəhid verib. //Report

