AHİK 5 min aztəminatlı ailəyə ərzaq yardımı edəcək

 17:35 04.05.2021     358

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri uğurla davam edir.

Redaktor.az xəbər verir ki, bu məqsədlə həyata keçirilən tədbirlər çərçivəsində aztəminatlı ailələr də diqqətdən kənarda qalmırlar. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə dövlət qurumları ilə yanaşı, biznes strukturları, ictimai təşkilatlar mütəmadi olaraq aztəminatlı ailələrə ərzaq yardımları paylayırlar. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da ölkənin ən böyük ictimai təsisatı olaraq bu prosesdə yaxından iştirak edir.

Qeyd edək ki, 2020-ci il aprelin 29-da və bu il martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası maddi və mənəvi yardım məqsədilə Respublikanın bütün şəhər və rayonlarında yaşayan 3 900 ailəyə maşın karvanları ilə 68 ton ərzaq sovqatı göndərib.

76 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında məskunlaşan 5000 ailəyə ərzaq sovqatının göndərilməsi qərara alınıb.