Azərbaycanda güclü zəlzələ olacaq? - EKSPERT RƏYİ / VİDEO

 11:16 05.05.2021     1962

Xəzər dənizində 3,4, Ağstafa rayonu və Gürcüstanda isə 3,2 bal gücündə zəlzələlər baş verib.

Redaktor.az xəbər verir ki, son 4 gün ərzində müxtəlif ərazilərdən bir-birinin ardınca zəlzələ xəbərləri gəlir.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumatda qeyd olunur ki, bu tip hadisələr hər gün baş verir və qorxulu deyil.

Mərkəzin direktoru Qurban Yetirmişlinin bildirib ki, Azərbaycan seysmoloji bölgədə yerləşir, gün ərzində ölkə ərazisində çox da hiss olunmayan 50-ə yaxın yeraltı təkanlar baş verir.

Daha ətraflı videodan izləyin:

Aysel Hacıyeva / Redaktor.az