Bakıda orta əməkhaqqı 900 manata çatıb

 15:29 05.05.2021     391

Bu ilin yanvar-fevral aylarının ilkin məlumatlarına əsasən əvvəlki ilin eyni dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əməkhaqqı 6,1% azalıb.

Bu barədə Redaktor.az Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Məlumata görə, bu ilin ilk iki ayında paytaxtda orta aylıq nominal əməkhaqqı 899,7 manat olub.

Vumart və Güvən reklamı Vumart Güvən