Aslanın avtomobili nasaz olub, yoxsa...? - MÜƏMMALI QƏZA / VİDEO

 11:12 06.05.2021     1515

Avtomobildə təhlükəsizlik yastıqları olsa da, heç biri açılmayıb. Söhbət qəzaya uğrayan müğənni Aslan Hüseynovun avtomobilindən gedir. Hansı ki, həmin nəqliyyat vasitəsinin salonunda qəzadan qorunmaq üçün 10-dan çox təhlükəsizlik yastığı var.

Redaktor.az xəbər veriri ki, A.Hüseynovun avtomobilində təhlükəsizlik yastığının açılmaması xarici ölkə istehsalı olan avtomobillərdə bu cür problemlərin nədən yarandığı sualını gündəmə gətirib.

Tanınmış usta Sahil Ağabəyli bildirib ki, sükandakı təhlükəsizlik yastığının açılmaması avtomobildə ciddi nasazlığın olmasından xəbər verir.

“Belə nasazlıqlar xüsusən ABŞ-dan gətirilən nəqliyyat vasitələrində olur. Bu avtomobillər qəzalı olduğundan, onlarda təhlükəsizlik yastıqları düzgün təmir edilmir.

Daha ətraflı videodan izləyin:

Aysel Hacıyeva / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən