Daha 3 qazimizin əməliyyat xərcləri qarşılandı
"YAŞAT” Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə qazilərimiz Elnur Qurbanlının, Ağaəli Quliyevin və Fuad Məlikovun əməliyyat xərcləri qarşılanıb.
Bu barədə Redaktor.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin, Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.












