Müharibə iştirakçılarına Prezident təqaüdləri ödənilir

 18:05 09.05.2021     435

İkinci Dünya müharibəsi əlillərinə və iştirakçılarına Prezidentin təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlər mütəmadi olaraq artırılıb.

Sosial Xidmətlər Agentliyindən Redaktor.az-a verilən məlumata görə, növbəti artım kimi, dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanı ilə 2021-ci ilin əvvəlindən həmin təqaüdlər orta hesabla 50 faiz artırılaraq, I dərəcə əlilliyi olanlar üçün 400 manata, II dərəcə əlilliyi olanlar üçün 350 manata, III dərəcə əlilliyi olanlar üçün 300 manata çatdırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən