“OBA”dan Tərtərdə baş verən hadisə ilə bağlı AÇIQLAMA / FOTO

 10:31 12.05.2021     475

Tərtər rayonunun Qaradağlı kəndinin sakinləri iddia edirlər ki, “OBA” marketlər şəbəkəsinin orada yerləşən marketinin işçiləri şəhid Aslan Hüseynovun xatirəsinə qarşı hörmətsizlik ediblər.

Redaktor.az xəbər veriri ki, Vətən müharibəsində bir çox şəhid verən və qaziləri olan Qaradağlı kəndinin sakinləri A.Hüseynovun fotosunu zədələnmiş vəziyyətdə yerdə tapıblar. Onlar marketin qarşısına vurulmuş şəkilin "OBA"nın işçiləri tərəfindən söküldüyünü deyiblər. 

“OBA” marketlər şəbəkəsindən isə saytımıza bildiriblər ki, hadisə diqqətsizlikdən baş verib:

“Sözügedən hadisə Qaradağlı kəndində yerləşən “OBA” marketdə mağaza üzərindəki reklam löhvəsinin dəyişdirilməsi zamanı baş verib. Şəhidlərimizin şəkilləri müvəqqəti olaraq çıxarılıb, daha sonra yenisiylə əvəz edilərkən diqqətsizlik ucbatından biri zədələnib.

Qeyd edək ki, bu hadisəyə market əməkdaşı deyil, çöl reklamlarının vurulmasından məsul olan reklam agentliyi əməkdaşının diqqətsizliyi səbəb olub. Hüquq mühafizə orqanları bu hala səbəb olan şəxslə bağlı dərhal lazımi tədbir görüb.

Şəhidlərimizin əziz xatirəsinə qarşı hər hansı bir hörmətsizlik yolverilməzdir".

Aysel Hacıyeva / Redaktor.az 

2