“Əsgərə məktub” layihəsi davam edir - FOTO
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a bildiriblər ki, vətəndaşlar tərəfindən hərbi qulluqçularımıza ünvanlanmış məktublar Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissənin, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsi iştirakçısı olan şəxsi heyətinə çatdırılıb.
Tədbir Azad Azərbaycan Televiziyasında (AzTV) yayımlanan "Komando" verilişi çərçivəsində baş tutub.
















