Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir - FOTO

 19:16 17.05.2021     611

Sabahdan etibarən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, cədvəllərdə dəyişiklik Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulub: 

“Belə ki, pandemiya şəraiti ilə əlaqədar fəaliyyəti dayandırılmış Bakı-Gəncə qatarı müvəqqəti olaraq sözügedən istiqamətlərdə sərnişinlərə xidmət göstərəcək.

Bu isə Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların sayını artıracaq”.

Yeni cədvəlləri təqdim edirik:

22
Vumart və Güvən reklamı Vumart Güvən