Qarabağ Dirçəliş Fondunda yeni təyinat - FOTO
Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinə yeni rəhbər təyin edilib.
Redaktor.az xəbər verir ki, bu, İsmayılova Aybəniz Rafiq qızıdır.
A.İsmayılova oktyabr 1976-cı ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1993-2000 illərdə Xəzər Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsində bakalavr təhsili alıb, daha sonra isə “Beynəlxalq hüquq” ixtisası üzrə Magistr dərəcəsinə yiyələnib.
2004-2006 ci illərdə Böyük Britaniya Krallığının "Chevening" təqaüdü ilə Mançester Universitetində “Beynəlxalq inkişaf” ixtisası üzrə Magistr dərəcəsi qazanıb. Hazırda ali idarəetmə dərəcəsi üzrə təhsilini Fransanın İNSEAD universitetində davam etdirir.













