Sabirabadda şəhidin adını daşıyan məktəb BİABIRÇI HALDADIR... / FOTO

 10:44 20.05.2021     960

Sosial şəbəkələrdə Sabirabad rayonunda yerləşən şəhid Əhmədağa Səmədov adına Narlıq kənd tam orta məktəbinin görüntüləri yayıllıb.

Redaktor.az xəbər verir ki, bərbad vəziyyətdə olan məktəbin əsaslı təmirə ehtiyacı var. 

Paylaşıma gələn rəylərdən belə məlum olub ki, bir çox rayonlarda da bu vəziyyətdə olan məktəb binaları mövcuddur.

Təhsil Nazirliyindən sorğumuza cavab olaraq sözügedən məktəbin tikintisi ilə bağlı məsələyə növbəti illərin dövlət investisiya proqramında baxılacağı bildirilib. 

Xədicə Ağayeva / Redaktor.az

222222222
Vumart və Güvən reklamı Vumart Güvən