Bakı Metropoliteni iyunun 1-dən açılacaq? - RƏSMİ

 15:48 20.05.2021     300

Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq.

Redaktor.az xəbər verir ki, bunu “Report”a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

"Hazırda metronun "Elmlər Akademiyası" stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq", - deyə o, qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən