Vətən Müharibəsi qəhrəmanlarına vergi GÜZƏŞTLƏRİ

 16:12 21.05.2021     563

Gəlir vergisindən azadolmalar və güzəştlərin əhatə dairəsi genişləndirilir.

Redaktor.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Vergi Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib. //APA

Vumart və Güvən reklamı Vumart Güvən