Kürdəmirdə DYP reyd keçrib - Cərimələnənlər var

 02:20 22.05.2021     354

Kürdəmir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

Redaktor.az xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını pozan 12 nəfər sürücü barəsində inzibati protokollar tərtib olunub. Kürdəmir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər ilin sonuna qədər davam etdiriləcək. //Report

222
Vumart və Güvən reklamı Vumart Güvən