İctimai nəqliyyat 2 gün işləməyəcək

 00:21 22.05.2021     385

Bu gündən mayın 24-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Redaktor.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 22 may saat 00:00-dan 24 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı Metropolitenində də sərnişindaşıma dayandırılıb. 

Vumart və Güvən reklamı Vumart Güvən