Mayın 28-i ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi 28 may Respublika günü ilə əlaqədar ölkədə qeyri-iş günüdür.
Qeyri-iş günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətin qoyulduğunu nəzərə alsaq belə bir sual yaranır: Cümə günü ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulacaqmı?
Redaktor.az-ın məlumatına görə, məsələ ilə bağlı “sfera.az”a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bu barədə hələ ki məlumat yoxdur:
"İctimai nəqliyyatın hərəkətinə məhdudiyyətin tətbiq edilməsi səlahiyyəti Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusudur.
28 may belə bir qadağa tətbiq edilərsə, qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək", - deyə qurum rəsmisi qeyd edib. //Baku.ws