“Kontakt Home” zorla vətəndaşların evinə girir? - ŞƏHİDƏ HÖRMƏTSİZLİK!

 12:04 24.05.2021     690

Sosial şəbəkələrdə şəhid Adilov Şirəli İlham oğlunun ailəsinə məxsus yataq dəstinin kredit ödənişinin edilməməsi səbəbindən “Kontakt Home” mağazalar şəbəkəsi tərəfindən zorla geri götürüldüyü barədə məlumat yayılıb.

Tanınmış hüquqşünas Roman Qaraşov bu məsələni Redaktor.az-a şərh edib, hüquqi tərəflərini açıqlayıb:

““Kontakt Home” respublikada ən böyük ticarət şəbəkələrinə malik olan və iri həcimli ticarət edən şirkətdir. Buna baxmayaraq, şirkətin qanun pozuntusuna yol verdiyini düşünürəm. Əmlakların müsadirə edilməsi ilə bağlı məhkəmə qərarı olmalıdır. Heçkimin ixtiyarı yoxdur ki, özbaşına mənzilə daxil olsun, vətəndaşın əşyalarını aparsın. Əgər vətəndaş özü ərizə ilə müraciət edirsə ki, "aylıq ödənişi etməyə imkanım yoxdur, məhsulu geri qaytarıram", ancaq o zaman belə hal mümkündür".

Zorla evə daxil olmaq və ya əmlakın hüquq pozuntuları ilə müsadirə edilməsi, vətəndaş mənzilinə girməyə icazə vermirsə mənzil toxunulmazlığı qanununun pozulmasıdır. Bu mövzuda ciddi qanun pozuntusu var, həmin şəxs ona dəymiş maddi və mənəvi zərərə görə iddia qaldıra bilər.

Adı çəkilən mağaza bütövlükdə başqa kredit müqavilələri üzrə də kredit ödənilmədikdə bu cür addımlar atıb. Vətəndaşlara məxsus olan əşyaları geri alır”.

Aysel Hacıyeva / Redaktor.az